Müəllimlər cəzalandırılıb
“Bakı Dövlət Universitetində görülən tədbirlər öz nəticəsini verir” Simsar.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu həftənin əvvəlində hüquq fakültəsi tələbələrinin əksəriyyəti imtahandan aşağı qiymət və ya 2 alıb, rektorluq tərəfindən testlər yoxlandıqda bəzi nöqsanlar üzə çıxıb: “Göstəriş vermişdim ki, birinci kurs tələbələri üçün sadə testlər olsun. Amma yoxlayanda gördük ki, test sualları orta səviyyədən yuxarıdır. O müəllimlər cəzalandırıldılar. Kafedra müdirlərinə xəbərdarlıq etdik. Həmin testləri təqdim edən “Məntiq” və “Azərbaycan dövlət hüquq tarixi” fənnini tədris edən müəllimlərin müqavilələrə xitam veriləcək”.
15 Aprel, 2011 21:12 ⁄ Baxılıb: 1390
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |