Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi komissarın həbsi xəbəri təsdiqini tapmır.

Hərbi komissarlıq təkzib edir, prokurorluqdan isə xəbər yoxdur

Bakının Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev dünən həbs olunması xəbəri təsdiqini tapmır. 

“Azadlıq" qəzetinin T. Ağayev barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanması məlumatı Respublika Hərbi Komissarlığı təkzib edir.

Respublika Hərbi Komissarlıqdan simsar.az-a bildiriblər ki, Suraxanı rayon hərbi komissarlığında heç bir problem yoxdur.

Simsar.az-ın əməkdaşı Respublika Hərbi Prokurorluğu ilə də əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri yerində olmadığı üçün, qurum əməkdaşı mövzuya aid suala vcavab verə bilməyəcəyini deyib.

Günel




14 Aprel, 2011  19:05 Baxılıb: 1313

Bu bölmədə