Simsar.az | bizi özünüzə Simsar bilin
“Qarabağ istedadları” adı altında konserti keçiriləcək

Proqramda klassik bəstəkarların əsərləri səsləndiriləcək

Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının “Qarabağ istedadları” adı altında konserti keçiriləcək. Konsert Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa Təşkilati və Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertin Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilməsi planlaşdırılır. Proqramda Frans İosif Hayden, Pyotr Çaykovski, Fredirik Şopen, Çi Moroza, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı kimi klassik bəstəkarların əsərləri səsləndiriləcək.

Aprelin 15-də baş tutacaq konsertə giriş sərbəstdir.

14 Aprel, 2011  03:41 Baxılıb: 1393

Bu bölmədə