Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada təlim poliqonunda partlayış baş verib

Hadisə  Rusiyanın Pskov vilayətində olub

Simsar.az -ın “İnterfax”a istinadən xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hadisə yerli vaxtla saat 12:45-də təlim atışı zamanı baş verib. “Nona” özüyeriyən artilleriya qurğusu alışaraq partlayıb. Nəticədə dörd hərbi qulluqçu həlak olub, daha biri isə yaralanıb.

İnsidentdən sonra təlimlər dayandırılıb. Hadisə yerində Rusiya Müdafiə Nazirliyinin komissiyası təhqiqat aparır.

14 Aprel, 2011  01:57 Baxılıb: 1216

Bu bölmədə