Simsar.az | bizi özünüzə Simsar bilin
Möcüzə: sarı qar yağdı

Quba və Qusarda anomal hava

Xınalıqda qarın hündürlüyü 15 sm-ə çatıb

Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Quba və Qusar rayonlarına qar yağıb. Qubanın Xınalıq kəndi ərazisinə 15 sm-dək yağıntı düşüb. Susay kəndi ərazisinə isə 8 sm hündürlüyündə qar yağıb. Bölgədə son 5 ündə havanın küləkli olması səbəbindən bu ərazilərə yağan qar sarı rəngdə olub.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qusar rayonunun Ləzə kəndi ərazisində qarın hündürlüyü 4-5 sm-ə çatıb. 

Quba Regional Hidrometeorologiya mərkəzindən Lent.az-a verilən məlumata görə, Xaçmaz və Şabran rayonlarında güclü yağış yağır.

13 Aprel, 2011  17:57 Baxılıb: 1308

Bu bölmədə