Simsar.az | bizi özünüzə Simsar bilin
Muğam ustasının atası vəfat etdi

İsrafil İbrahimov Ağdamın Quzanlı kəndində dəfn olundu

Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimovun atası vəfat edib. Xanəndənin atası İsrafil İbrahimov 78 yaşında dünyasını dəyişib.

Mənsum İbrahimov APA-ya deyib ki, atası Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub. Yas mərasimi də mərhumun dəfn olunduğu Ağdam rayonunda keçirilir. Bu gün İsrafil İbrahimovun üç mərasimidir: “Çox ağır itkidir, mənə danışmaq çətindir”.

12 Aprel, 2011  16:48 Baxılıb: 1357

Bu bölmədə