Simsar.az | bizi özünüzə Simsar bilin
Messinin anası güllədən qurtuldu

Məşhur futbolçunun ailəsi silahlı hücuma məruz qalıb

Simsar.az-ın İspaniya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə 24 yaşlı yarımmüdafiəçinin doğulduğu Buenos-Ayresin 380 km şimalındakı Rosario əyalətində baş verib. 

Silahlı hücumun məhz Matiasa qarşı yönəldiyi irəli sürülüb. Motosikletlə evin önünə gələn bir neçə nəfər 9 millimetrlik kalibrli silahla atəş açıb. Hadisə zamanı Messinin anasının da evdə olduğu bildirilir. Divarlara 4 güllə dəyib. Ölən və yaralanan olmayıb.

Polis olayla bağlı heç bir açıqlama verməyib. Ailənin vəkili Rikardo Quizepponi isə deyib: “Olayın heç bir açıqlaması yoxdur. Vətəndaşların təhlükəsizlik problemi var. Amma bu dəfə hücum Messi ailəsinə olduğu üçün məsələ böyüdülüb”.

Qeyd edək ki, Messi ailəsinin Argentinadakı işlərinin başında duran Matias Messi 2008-ci ildə qanunsuz silah gəzdirmə ittihamı ilə tutulub. Ailənin vəkili isə Matiasın bəraət aldığını və hücumun bununla bağlılığının olmadığını iddia edib.

12 Aprel, 2011  16:16 Baxılıb: 1324

Bu bölmədə