Simsar.az | bizi özünüzə Simsar bilin
Qazağın kəndləri atəş altında

Düşmən fəallaşır

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16.15-dən 16.20-dək və 19.35-dən 19.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 19.35-dən 19.40-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

12 Aprel, 2011  14:45 Baxılıb: 1286

Bu bölmədə