Simsar.az | bizi özünüzə Simsar bilin
Metronu partladanın kimliyi bilindi

Onun axtarışları davam edir

Belarus xüsusi xidmət orqanları aprelin 11-də Minsk metrosunda terror aktını törətdiyi güman edilən şəxsi müəyyənləşdiriblər. 

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Dövlət Təhlükəsizlik Xidmətindən bildiriblər.

DTK-nın məlumatında qeyd edilir ki, terror aktını həyata keçirən şəxslə bağlı məlumat əldə olunub: “Hazırda onun axtarışları davam edir”.

Digər təfərrüatları məlum deyil.

Xatırladaq ki, partlayış yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-də) Minsk metrosunun “Oktyabrsk” stansiyasında həyata keçirilib. Terror aktı nəticəsində 11 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb.

Terrorçular bombanı stansiyadakı skamyanın altında gizlədiblər. İlkin məlumata görə, partlayıcı qurğunun gücü 5-7 kiloqram trotilə bərabər olub. Partlayış nəticəsində bir metrlik çuxur əmələ gəlib. Partlayıcı qurğunun içinə metal əşyalar doldurulubmuş.

12 Aprel, 2011  13:37 Baxılıb: 1234

Bu bölmədə