Simsar.az | bizi özünüzə Simsar bilin
İSMAYILLIDA TORPAQ SÜRÜŞDÜ

Evlərdə gecələmək təhlükəlidir

Bu gün İsmayıllının Tircan kəndində torpaq sürüşməsi baş verib. Simsar.az -ın İsmayıllıdakı əməkdaşının verdiyi xəbərə görə, hadisə nəticəsində evlərin əksəriyyəti qəzalı vəziyyətə düşüb, divar və tavan hissələrində dərin çatlar əmələ gəlib.

Kəndin yaxınlığındakı dağ yamaclarında torpaq sürüşməsi daha sürətli olub. Sakinlərin sözlərinə görə, bu ərazilərdə sürüşmələr çoxdan olsa da, son bir ayda aktivləşib.

Sakinlərin sözlərinə görə, evlərin divarlarında çatlar əmələ gəlib. Belə evlərdə gecələmək təhlükəlidir.

Anar

12 Aprel, 2011  03:26 Baxılıb: 1322

Bu bölmədə