Simsar.az | bizi özünüzə Simsar bilin
Minskdə metro partladı

Prezident Aleksandr Lukaşenkanın İqamətgahının yaxınlığındakı partlayışda ölən və yaralananlar var

Belarus paytaxtı Minskdə metroda partlayış olub, ölənlər və yaralananlar var. 

Hadisə aprelin 11-də, Bakı vaxtıyla axşam saat 8 radələrində, şəhərin mərkəzinə yaxın Oktyabrskaya stansiyasnda baş verib. Metro stansiyası Prezident Aleksandr Lukaşenkanın İqamətgahının yaxınlığında yerləşir. 

Belta rəsmi xəbər agentliyi bildirib ki, 10-dan çox adam yaralanıb. Bir neçə nəfər həlak olub. Bir nəfər partlayışda hər iki ayağını itirib. 

Fövqəladə Hallar nazirliyi partlayış faktını təsdiqləsə də, detallar haqda məlumat verməyib. 

12 Aprel, 2011  03:13 Baxılıb: 1356

Bu bölmədə