Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi polisin zabiti qəzaya düşərək öldü

Aran-Mingəçevir yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Yevlax rayon Polis Şöbəsinin müstəntiqi Məhəmməd Hacıyev APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün səhər saat 10:00 radələrində Aran-Mingəçevir yolunun 5-ci kilometrliyində qeydə alınıb. Gəncə şəhər sakini, Zaqatala hərbi polisinin əməkdaşı, polis kapitanı 1979-cu il təvəllüdlü Sadıqov Namiq Xaliq oğlunun idarə etdiyi 20-BM-486 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn Aran qəsəbə sakini 1968-ci il təvəllüdlü Əliyev Vahid Aydın oğlunun idarə etdiyi 45-AC-027 dövlət nömrə nişanlı “KamAZ 5511” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində polis kapitanı N.Sadıqov dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

11 Aprel, 2011  21:17 Baxılıb: 1628

Bu bölmədə