Simsar.az | bizi özünüzə Simsar bilin
Ucarın kəndlərində qaranlıq

Külək nəticəsində bir çox elektrik xətlərində açılmalar olub

Bu gün Ucar rayonunun ərazisində əsən külək rayonun bəzi kəndləri və rayon mərkəzinin bir hissəsini işıqsız qoyub. Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədovun APA-nın Mərkəzi Aran bürosuna verdiyi məlumata görə, külək nəticəsində bir çox elektrik xətlərində açılmalar olub, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Onun sözlərinə görə, küləyin gücü zəiflədikdən sonra enerji təminatın bərpa olunacaq. 

Rayon ərazisində elektrik enerjisinin verilməsində problemin tez-tez yaranmasının əsas səbəbi isə elektrik dirəkləri və naqillərinin həddən artıq köhnəlməsi ilə bağlıdır.

9 Aprel, 2011  20:43 Baxılıb: 1158

Bu bölmədə