Simsar.az | bizi özünüzə Simsar bilin
Madrid klubundan Ardaya rəsmi təklif

“Qalatasaray” prezidenti Adnan Polat Türkiyədə səfərdə olan “Atletiko” Madrid rəhbəri Enriko Kerezos ilə görüşüb 

Simsar.az-ın “milliyət”ə istinadən verdiyi məlumata görə, tərəflər görüşdə “Qalatasaray”ın futbolçusu Arda Turanın ispan klubuna keçməsi məsələsini müzakirə ediblər.

Məlumatda bildirilir ki, E.Kerezos Arda Turan üçün 12,5 milyon avro ödəyə biləcəklərini bildirib. O lazım gələrsə bu məbləği daha da artıra biləcəkləri qeyd edib.

Bir ay sonra “Qalatasaray”dakı səlahiyyət müddəti başa çatacaq Adnan Polad isə qarşı tərəfdən vaxt istəyib. Qeyd edək ki, Türkiyə mətbuatı dəfələrlə Arda Turanın xaricdə futbol oynamaq istəməsi ilə bağlı xəbərlər yayıb.

8 Aprel, 2011  23:00 Baxılıb: 1351

Bu bölmədə