Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıtda polislə cinayətkar arasında atışma

Ölən və yaralananların olduğu deyilsə də, rəsmi məlumat verilmir

Aprelin 8-nə keçən gecə Sumqayıt şəhəri, 18-ci mikrorayonda polislə bir qrup şəxs arasında silahlı insident baş verib. Lent.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri yaxalamaq üçün keçirdiyi əməliyyat zamanı, hələlik kimliyi bilinməyən şəxslər polisə atəş açıb. Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndələri cinayətkarları yaxalamaq üçün silahdan istifadə edib.

Hadisə şahidlərinin Simsar.az-a verdiyi məlumata görə, insident nəticəsində ölən və yaralanan şəxslər var. Bir neçə nəfərin həbs olunduğu bildirilir.

Qeyd edək ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Lent.az-a dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verə bilməyəcəyini bildirdi.

Faktla bağlı araşdırma aparılır.

8 Aprel, 2011  14:03 Baxılıb: 2252

Bu bölmədə