Simsar.az | bizi özünüzə Simsar bilin
Mingəçevirdə narkotik alverçisi həbs edildi

Üzərindən 0.431 qram heroin aşkar edilib

Mingəçevir şəhərində heroin alqı-satqısı ilə məşğul olan şəxs həbs edilib. Şəhər Polis Şöbəsinin rəis müavini İlqar Hümbətov APA-nın yerli bürosuna bildirib ki, narkotiklərlə mübarizə qrupunun əməkdaşları aprelin 7-də Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsindəki bina 78, mənzil 22-də yaşayan 1974-cü il təvəllüdlü Məmmədov Ruslan Məmməd oğlunu şübhəli şəxs qismində saxlayaraq üzərinə baxış keçiriblər. Polis əməkdaşları əvvəllər məhkum olunmuş R.Məmmədovun üzərindən 0.431 qram heroin aşkar edərək götürüblər. O, narkotiki satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Mingəçevir ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

8 Aprel, 2011  04:18 Baxılıb: 1263

Bu bölmədə