Simsar.az | bizi özünüzə Simsar bilin
Süni göz yaradıldı

Milyonlarla insan korluqdan qurtula bilər

Simsar.az "Daily Mail"ə istinadən bildirir ki, Yaponiyadakı Kobe Universitetində DİY transplantasiyasını nəzərdə tutan texnologiya hazırlanıb. Bu transplantasiya laboratoriya şəraitində lülə hüceyrələrindən göz bəbəyi toxumaları və gözün torlu qişası alma]a imkan verir. 

Bu isə müvafiq cərrahiyyə əməliyyatı keçiriləndən sonra milyonlarlra korun görmə qabiliyyətni bərpa edə bilər.

Mütəxəssislərin fikrincə, yapon alimləri möhtəşəm uğur əldə ediblər.
Yaşlı adamlar arasında korluğun ən geniş yayılmış səbəbi olan makulyar degenerasiya problemini aradan qaldırmaq üçün Kobe Universitetinin əməkdaşları "sıfır"dan torlu qişa əldə ediblər.

Onlar insan orqanizmindəki istənilən hüceyrədən "xammal" kimi istifadə edilə biləcəyini bildirərək "boş" embrional lülə hüceyrələri əldə ediblər. Daha sonra həmin hüceyrələrə zülal və üzvi maddələr ibarət "kokteyl" qatılıö Məqsəd həmin hüceyrələrin gözün torlu qişasında bərkiməsi olub.

Britaniyanın London Universitet Kollecinin professoru Robin Əlinin dediyinə görə, yapon alimmlər sınaqları siçanlar üzərində aparsalar da, yaxın 5 il ərzində insanlar üzərində təcrübələr başlana bilər.

8 Aprel, 2011  03:37 Baxılıb: 1349

Bu bölmədə