Simsar.az | bizi özünüzə Simsar bilin
“Qalatasaray” Ze Robertonu almaq istəyir

Almaniyanın “Hamburq” klubunun futbolçusu Ze Roberto Türkiyənin “Qalatasaray” klubuna keçə bilər

Simsar.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, 37 yaşlı yarımmüdafiəçinin adı “sarı-qırmızılar”ın prezidenti postuna namizəd sayılan Ünal Aysalın transfer siyahısında ilk sıralarda yer alıb. 

Xəbəri braziliyalı dünya çempionunun özü də təsdiqləyib: “Bəli, Türkiyə komandasının mənimlə maraqlandığını eşitmişəm. Böyük klubun maraq dairəsinə düşmək hər zaman qürurvericidir”.

Qeyd edək ki, Braziliya yığmasında 86 dəfə forma geyinən Ze Roberto “Hamburq”da ilinə 4 milyon avro qazanır. O, Almaniya Bundesliqasında 331 oyunda çıxış edib. Bu göstərici ilə “sambaçı” Bundesliqada ən çox forma geyinən əcnəbi sayılır.

8 Aprel, 2011  01:55 Baxılıb: 1441

Bu bölmədə