Simsar.az | bizi özünüzə Simsar bilin
Braziliya məktəbində dəhşətli hadisə

12 məktəbli öldürülüb, 30-ə qədər məktəbli yaralanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində bir kişi məktəbliləri atəşə tutub. Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, şəhərin qərbində yerləşən dövlət məktəbinə iki tapança ilə daxil olan həmin şəxs 40 şagirdin olduğu zala yaxınlaşaraq atəş açmağa başlayıb 

Nəticədə 12 nəfər ölüb, 30 nəfərə qədər şagird yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Versiyalardan birinə görə, şagirdləri atəşə tutan şəxs daha sonra öz başına atəş açaraq intihar edib. Digər versiyaya görə, o, polislə atışma zamanı öldürülüb. Qatilin şəxsiyyəti də artıq müəyyənləşdirilib. Bu, Vellinqton Menezes de Oliveyradır və o da bu məktəbi bitirib. Onun üzərindən özünü öldürəcəyi ilə bağlı sözlərin yazıldığı məktub aşkarlanıb.

Ehtimal var ki, Vellinqton Menezes de Oliveyra bu məktəbdə oxuyan şagirdlərdən birinin atasıdır və övladını sinif yoldaşları təhqir etdiyi üçün qisas almağa qərar verib.

8 Aprel, 2011  00:19 Baxılıb: 1322

Bu bölmədə