Simsar.az | bizi özünüzə Simsar bilin
Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, müəssisənin direktoru Akif Abbasov fəaliyyətinin son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etməyib, mütəxəssislərə ehtiyac olduğu halda təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb edib. 


Bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da üzə çıxıb. Şəki RHM-nin tabeliyindəki Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib. Ekologiya və təbii sərvətlər nazirinin müvafiq əmri ilə Şəki Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Akif Abbasov, bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilib, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

7 Aprel, 2011  23:32 Baxılıb: 1365

Bu bölmədə