Simsar.az | bizi özünüzə Simsar bilin
Rəis 11 il azadlıqdan məhrum oldu

Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisinin məhkəmə prosesi başa çatdı

Simsar.az -ın verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Əliyev Sahibəli İmran oğluna hökm oxunub. Hökmə əsasən, o 11 il müddətində azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər İbadova Məhəbbət Seyfəddin qızına və mühasibi İbrahimova Şəlalə İsgəndər qızına isə şərti cəza verilib. 

Qeyd edək ki, Əliyev Sahibəli İmran oğlu Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talayıb, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib. Onlar Cinayət Məcəlləsinin 179-cu ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddəsi ilə ittiham olunublar.

7 Aprel, 2011  22:42 Baxılıb: 1735

Bu bölmədə