Simsar.az | bizi özünüzə Simsar bilin
Arda gedəcəyi komandanın adını demir

Türkiyə yığmasının futbolçusu Arda Turan mövsümün sonunda “Qalatasaray”dan ayrıla bilər

Simsar.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri Ahmet Bulut “www.sport.co.uk” saytına hazırda Avropanın aparıcı klublarından biri ilə danışıqlar apardıqlarını açıqlayıb. 

O bildirib ki, danışıqların 10-15 gün ərzində tamamlanmasına çalışırlar. Bulut ad çəkməsə də, həmin klubun İngiltərə təmsilçisi olmadığını vurğulayıb: “Hazırda Ardanın “Qalatasaray”la müqaviləsi var. Bu səbəbdən, başqa klubla müqaviləyə imza ata bilməz. Onun indiyədək heç bir klubla anlaşmadığını təsdiqləyə bilərəm. Bununla belə, Avropanın çox böyük klubu ilə danışıqlar apardığımızı söyləməliyəm. Bu, İngiltərə komandası deyil, adını açıqlaya bilmərəm. Danışıqların 10-15 gün ərzində tamamlanmasına çalışırıq”.

7 Aprel, 2011  21:11 Baxılıb: 1366

Bu bölmədə