Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Qəzetçilər Dərnəyi Azərbaycanda 3 nəfərə mükafat verəcək

Mükafatçıların kimliyi aprelin 10-da bilinəcək

Aprel ayının 10-da Türkiyənin İstanbul şəhərində Avropa Qəzetçilər Dərnəyinin növbəti mükafatlandırma mərasimi keçiriləcək. Artıq ikinci ildir ki, Azərbaycan da bu mükafatalandırmada iştirak edir. Bu yaxınlarda isə Azərbaycandan olan nümayəndə heyəti mərasimdə iştirak etmək üçün İstanbula yollanacaq. Səfər öncəsi Dərnəyin Azərbaycan üzrə təmsilçisi Afaq Fərzəlibəyova açıqlama verib. 

O bildirib ki, Avropa Qəzetçilər Dərnəyi (AQD) 10 ildir ki, ilin ən yaxşılarını seçir və mükafatlandırır. “Bildiyiniz kimi ötən il açıqlama verərkən bildirmişdim ki, Azərbaycandan hər il bir insan mükafatlandırılacaq. Lakin biz dərnəyin baş ofisi ilə Azərbaycandan 3 adamın mükafatlandırılması üçün danışıqlar apardıq və bu, müsbət nəticə evrdi. Bu il artıq 3 azərbaycanlı mükafatlandırılacaq. Ötən il bu mükafatı ilk dəfə Azərbaycana gətirən şəxs rejissor Samir Fərzəlibəyov oldu. Onun sonrakı fəaliyyətini gördükdə biz bir daha əmin olduq ki, düzgün seçim etmişik. Bu il mükafat üçün Azərbaycandan bir neçə namizəd var idi və biz də çalışdıq ki, ən yaxşılarına seçək”.

Afaq xanim bildirib ki, qaliblərin seçilməsi münsiflər tərəfindən həyata keçirilir. “Ancaq son qərarı AQD-nin Azərbaycan təmsilçiliyinin rəhbəri olaraq mən özüm verirəm”.

Builki qaliblərin kimliyi barədə verilən sulı cavablandıran təşkilatın ölkəmizdəki nümayəndəsi vurğulayib ki, bunu ayın 10-da açıqlayacaqlar. “İndi açıqlamaq dərnəyin qaydalarına ziddir. Bir məsələni qeyd edim ki, mən gələn il televiziya proqramlarının aktiv olmasını istərdim. Amma bunun üçün ilk növbədə onlar özləri bizə muraciət etməlidir”.

Afaq xanım onu da deyib ki, çox insan elə düşünür ki, AQD sırf jurnalist və ya media nümayəndələri üçün nəzərdə tutulan bir mükafatdır. “Ancaq belə deyil. Bu mükafata iş adamları, sənətçilər, siyasətçilər, jurnalistlər və bir sözlə demək olar ki, hər kəs layiq görülə bilər”.
Anar

7 Aprel, 2011  20:30 Baxılıb: 1726

Bu bölmədə