Simsar.az | bizi özünüzə Simsar bilin
Beynəlxalq Moda Festivalı keçirildi

Dünən İçərişəhərdə gənc modelyerlərin Beynəlxalq Moda Festivalı keçirilib

Simsar.az-ın məlumatına görə, festival gənc modelyerlərin əmək qabiliyyətlərini üzə çıxarmaq, əcnəbi ölkələrlə gələcəkdə əməkdaşlıq etmək məqsədilə keçirilir. 

Festivalda iştirakçılar - Olqa Kabanok (Qazaxıstan), Olya Barkova (Qazaxıstan), Yelena Belorusova (Qazaxıstan), Ayan Qodurova (Qazaxıstan), Taisiya Çursina (Özbəkistan), Aypəri Obozova (Qırğızıstan), Anjelina Vlasova (Rusiya), İrina Kuzmenko (Ukrayna), Svetlana Dobrovolskaya (Ukrayna), Nataliya Bereqa (Moldova), Lyudmila Matey (Moldova), Dariya Qriuk (Belarus), Nataliya Lexove (Belarusiya), Kəmalə Səfəraliyeva (Azərbaycan), Nurlana Hüseynova (Azərbaycan), Leyla Eyvazova (Azərbaycan), Nəzakət Əhmədova (Azərbaycan), Çinarə Nadirhüseynova (Azərbaycan) və Təranə Sultanova (Azərbaycan) əl işlərini nümayiş etdiriblər.

Festival iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

7 Aprel, 2011  17:40 Baxılıb: 1302

Bu bölmədə