Simsar.az | bizi özünüzə Simsar bilin
RASİM BALAYEV DÖVLƏT QURUMLARINDAN ŞİKAYƏT ETDİ

Xalq artisti Kinematoqrafçılar ittifaqından gedə bilər

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev səhhətindən və dövlət qurumlarının ittifaqa olan münasibətindən şikayətçidir.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən məşhur aktyorun ayaq barmağındakı yara hələ sağalmayıb. Bir müddət öncə əməliyyat olunmasına baxmayaraq, bu yara aktyoru incidir.

Kulis.az saytına açıqlama verən Rasim Balayev Kinematoqrafçılar İttifaqının problemlərindən də danışıb. Onun sözlərinə görə, ittifaq 9 aydır ki, dövlətdən məvacib almır. Xalq artisti deyir ki, ittifaqın katibi kimi döymədiyim dövlət qapısı qalmayıb. Hər yerdə “gözlə” deyirlər, amma məsələ həll olunmur: “Belə getsə ittifaqı bağlayıb, gedib dublyajda-filanda işləyəcəm.”

Simsar.az saytı mövzunu davam etdirəcək. Bizi izləyin.

Günel

6 Aprel, 2011  18:29 Baxılıb: 1827

Bu bölmədə