Simsar.az | bizi özünüzə Simsar bilin
Vəzifəli şəxslər cərimə edilə bilər

Onlar düzgün məlumat verməsələr 700 manata qədər pul ödəməlidirlər

Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatları dövlət qulluqçularının Reyestrinə vaxtında, tam və ya düzgün verməyən vəzifəli şəxslər 300 manatdan 700 manatadək cərimə ediləcəklər.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət qulluğu üzrə qanunvericiliyə edilən son əlavə və dəyişiklikləri şərh edərkən bildirib. Onun sözlərinə görə, "Dövlət qulluğu haqqında" qanuna son əlavə və dəyişikliklərdə dövlət orqanlarının müvafiq vakant vəzifələrlə bağlı ayda bir dəfə Komissiyaya məlumat verməsi, dövlət qulluğuna qəbul üçün ilkin mərhələdə heç bir sənəd təqdim etmədən elektron qaydada müraciət olunması, test mərhələsindən uğur qazanan namizədlərin 10 gün müddətində müvafiq sənədləri təqdim etməsi, dövlət qulluğu vəzifələrinin 6-7-ci təsnifatları üzrə keçid balının 75, 8-9-cu təsnifatlar üzrə isə 70 müəyyən edilməsi, ehtiyat kadrların həm komissiyanın, həm də müvafiq dövlət orqanının ehtiyat kadrlar siyahısında 2 il saxlanılması, ümumi müsahibələrin komissiya, daxili müsahibələrin isə müvafiq dövlət orqanları tərəfindən keçirilməsi nəzərdə tutulub.

6 Aprel, 2011  17:56 Baxılıb: 1262

Bu bölmədə