Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan – Almaniya oyununun vaxtı müəyyənləşib

Millimiz Almaniyada keçirilən ilk oyunda 6:1 hesabı ilə məğlub olmuşdu

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan – Almaniya oyununun başlanma vaxtı müəyyənləşib. Milli.Az xəbər portalının AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, qarşılaşma saat 22:00-da başlayacaq.

Xatırladaq ki, millimiz Almaniyada keçirilən ilk oyunda 6:1 hesabı ilə məğlub olmuşdu.

6 Aprel, 2011  16:32 Baxılıb: 1418

Bu bölmədə