Simsar.az | bizi özünüzə Simsar bilin
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru yol qəzasında dünyasını dəyişdi

Hadisə Bakı-Şamaxı yolunda  baş verib

BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 126-cı km-də qeydə alınıb.

Respublika Prokurorluğunun əməkdaşı Elşən Oqtay oğlu Sadıqovun idarə etdiyi BR 478 tranzit nömrə nişanlı “Hyundai Sonata” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Sadıqov dünyasını dəyişib, yanındakı sərnişin isə (yaşlı kişinin adı hələlik bəlli deyil) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mərhum E.Sadıqov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.

6 Aprel, 2011  00:50 Baxılıb: 1292

Bu bölmədə