Simsar.az | bizi özünüzə Simsar bilin
Fərdi identifikasiya nömrəmiz vahid təkrarolunmaz kod olacaq

Nazirlər Kabineti fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi barədə qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nı təsdiq edib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalarda qeyd olunur ki, fərdi identifikasiya nömrəsi fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid təkrarolunmaz koddur.

Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sistemlərində yerləşdirilməsi milli informasiya məkanının fərdi informasiya üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların əlaqələndirilməsinə, uzlaşdırılmasına, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasına xidmət edir. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar Əhalisinin Dövlət Reyestrinə daxil edilərkən, qanunvericiliklə müəyyən olunmuş qaydada avtomatlaşdırılmış rejimdə verilir.

Fərdi identifikasiya nömrəsi Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan dövlət informasiya sistemlərində uçotu aparılan ölkə vətəndaşları, habelə respublikanın ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində saxlanılan məlumatlara daxil edilməlidir. Fərdi identifikasiya nömrəsi şəxs barədə informasiya Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ilk dəfə daxil edilərkən verilir və “Fərdi identifikasiya nömrəsi” adlanan xüsusi elektron cədvələ əlavə olunaraq daimi saxlanılır.

Fərdi identifikasiya nömrəsinin qanunvericilikdə nəzərdə tutulmuş fərdi məlumatların informasiya sistemlərinə daxil edilməsini təmin etmək üçün həmin sistemlərdə əlaqələndirici elektron cədvəl yaradılır, eyni şəxsin fərdi identifikasiya nömrəsi və sistemdəki daxili nömrəsi bu cədvəllərin həmin şəxsə aid sətrinin müvafiq sütunlarında yerləşdirilir. Əlaqələndirici elektron cədvəlin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində və fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumatların informasiya sistemində hər bir şəxs barəsində saxlanılan fərdi məlumatlar avtomatlaşdırılmış rejimdə müvafiq göstəricilər üzrə qarşılıqlı uzlaşdırılaraq eyniləşdirilir. Fərdi məlumatların uzlaşdırılması üçün şəxsə aid aşağıdakı məlumatlardan istifadə olunur:

5 Aprel, 2011  23:45 Baxılıb: 1546

Bu bölmədə