Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlər deputatlarla futbol oynayacaq

Birinci oyunda mətbuat nümayəndələri polislərə 4:5 hesabı ilə uduzub  

Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur. Bu barədə Simsar.az-a məlumat verən Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə bildirib ki, futbol görüşlərinin keçirilməsində məqsəd qarşılıqlı münasibətləri gücləndirməkdir. 

M.Süleymanzadə martın 19-da keçirilən oyunda jurnalistlərin polislərə uduzmasının səbəblərinə toxunaraq bildirib ki, Çevik Polis Alayının «Çevik» futbol komandasının oyunçularının qələbə qazanacağı əvvəlcədən bəlli idi.

Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçirilən bu görüşlər sonda veteran futbolçularla jurnalistlərin qarşılaşması ilə yekunlaşacaq.

Qeyd edək ki, Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası arasında əldə olunmuş razılığa görə, əlamətdar yubileylə bağlı Azərbaycan futbolunun təbliğində fəal rol oynayan jurnalistlərlə geniş tərkibli görüşün təşkili və onların mükafatlandırılmaları nəzərdə tutulur.

RAMİL




5 Aprel, 2011  22:23 Baxılıb: 1236

Bu bölmədə