Simsar.az | bizi özünüzə Simsar bilin
Xaricdə təhsil alan gənclər bir məkana toplanır

Onların qərargahı açıldı

Bundan sonra onlar özlərinin Bakıdakı xüsusi qərargahlarına toplaşa biləcəklər

Bu gün Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Bakıdakı qərargahının açılışı olub.

Simsar.az-ın məlumatına görə, Forumun sədri Orxan Əkbərov açılış mərasimində çıxış edərək bildirib ki, qərargahın açılmasında əsas məqsəd xaricdə təhsil almış və məzun olmuş azərbaycanlı gənclərin toplaşması, rahat şəkildə fəaliyyət göstərə bilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Onun sözlərinə görə, ASAİF 2010-cu il sentyabrın 15-də təsis olunub və ötən müddət ərzində təşkilat bir neçə böyük layihə həyata keçirib. Onlardan ən böyüyü bir ay əvvəl keçirilən Strasburq Forumudur. 

Sədr bildirib ki, bu forumda 25-dən artıq ölkə, 250 gənc iştirak edib. Əsas məqsəd isə xaricdə təhsil alan azərbaycanlı gənclərə mənəvi dəstək verməkdir.

5 Aprel, 2011  18:38 Baxılıb: 1253

Bu bölmədə