Simsar.az | bizi özünüzə Simsar bilin
Qalib gələn olmadı

Futbol üzrə Unibank Premyer Liqasında XXV tura start verilib

Simsar.az-ın məlumatına görə, ilk oyun günündə nəzərdə tutulan 3 qarşılaşmadan 2-si başa çatıb. 

İkinci “6-lığ”a təsadüf edən bu görüşlərdə heç-heçə qeydə alınıb. Yeni baş məşqçi Mehman Allahverdiyevin rəhbərliyi altında ilk matçına çıxan “Gəncə” “Qəbələ” ilə səfər matçında məğlubiyyətdən yaxa qurtara bilib. İlk yarıda meydan sahiblərindən Murad Hüseynov fərqlənib. Fasilədən sonra Junivan Suares bərabərlik qolunu vurub. MOİK isə “Muğan”la qolsuz heç-heçə edib.

Bu nəticələr komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir etməyib. “Qəbələ” 36 xalla 7-ci, “Muğan” 31 xalla 8-ci, “Gəncə” 25 xalla 9-cu, MOİK isə 8 xalla 12-ci pillədə qalıb.

Günün son matçında “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gələcək.

2 aprel (şənbə)

MOİK (Bakı) – “Muğan” (Salyan) – 0:0

“Qəbələ” – “Gəncə” – 1:1
Murad Hüseynov, 26 - Junivan Suares, 56

18:00. “Bakı” – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu.

3 aprel (bazar)

15:00. “Simurq” (Zaqatala) – “Turan” (Tovuz)
Zaqatala şəhər stadionu.

16:00. AZAL (Bakı) – “İnter” (Bakı)
Şüvəlan qəsəbəsi, AZAL stadionu.

16:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Tofiq Bəhramov adına Respublika stadionu.

2 Aprel, 2011  22:22 Baxılıb: 1450

Bu bölmədə