Simsar.az | bizi özünüzə Simsar bilin
Mağazaların pəncərə və qapıları sındırıldı

Mitinq zamanı dağıntı halları qeydə alınıb

İctimai Palatanın təyin etdiyi etiraz aksiyanın iştirakçıları Səməd Vurğun küçəsində bəzi mağazaların, tikililərin, habelə “Bank Standard”ın şöbəsinin pəncərələrinin şüşələrini və qapısını sındırıblar.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, müxtəlif şüarlar səsləndirərək küçə boyu hərəkət edən aksiyaçılar qarşılarına çıxan obyektlərə daş və müxtəlif əşyalar atıblar.
Bəzi obyektlərə ciddi ziyan dəyib.

Aksiya iştirakçıları hazırda “28 May” küçəsi və “Azadlıq” prospekti istiqamətində toplaşmağa cəhd edirlər.

Polis aksiyanın qarşısını alır.

Qeyd edək ki, İctimai Palata aksiyaya cəhd edən üzvlərindən bir qrupunun saxlanılması barədə xəbər yayıb. Məlumata görə, saxlanılanlar arasında Şahvələd Çobanoğlu, Yeganə Hacıyeva, Aydın Qədimov, Tural Abbaslı, Elmin Xakiyev, Arif Hacılı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Mustafa Hacılı, İkram İsrafil və başqaları olub.

2 Aprel, 2011  21:41 Baxılıb: 1345

Bu bölmədə