Simsar.az | bizi özünüzə Simsar bilin
Elçin Behbudov polisi qınadı

Hüquq müdafiəçiləri aksiya zamanı monitorinq aparıb

Azərbaycanın bir qrup hüquq müdafiəçisi İctimai Palatanın (İP) müxalifətin şəhərin mərkəzində keçirdiyi etiraz aksiyasının monitorinqini aparıblar. 

Simsar.az -ın məlumatına görə, hüquq müdafiəçiləri Elçin Behbudov, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Elmira Ələkbərova Nizami kinoteatrının qarşısında aksiya cəhdini müşahidə ediblər.

E. Behbudov və A. Abdullayeva jurnalistlərə açıqlamalarında polisin aksiyaya müdaxiləsinin düzgün olmadığını deyiblər.

E. Behbudov aksiyada saxlanılanların məsələsini diqqətdə saxlayacağını, onlara baş çəkəcəyini deyib.

2 Aprel, 2011  21:38 Baxılıb: 1319

Bu bölmədə