Simsar.az | bizi özünüzə Simsar bilin
Kəlbəcərlilər çörək pullarını yaponlara verdi

Köçkün uşaqlar Yaponiya səfirliyində oldu 

Kəlbəcərdən olan bir qrup məcburi köçkün uşağın müraciəti əsasında onların Yaponiyanın Azərbaycandakı səfirliyinə gəlməsi təmin edilib. Kəlbəcərin işğal günüdə həmin rayondan olan uşaqlar Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində faciə ilə üzləşən yapon həmyaşıdlarına dəstək olduqlarını bildiriblər. 

Tədbirin əsas məqsədi barədə Yaponiya səfiri Suşuke Vatanabeyə məlumat verən deputat Fuad Muradov Yaponiyada olan həmyaşıdlarına dəstək vermək üçün kəlbəcərli uşaqların səfirliyə gəldiyini deyib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşən bu uşaqlar faciə nəticəsində zərər çəkən yapon uşaqların dərdinə şərik olurlar”. 

Kəlbəcərdən olan məktəblilər yapon həmyaşıdlarına yazdıqları məktublarını və onlara dövlət tərəfindən verilən 1 aylıq müavinətlərini (çörək pullarını) Yaponiyada yaюayan uşaqlara çatdırmaq üçün səfirə təqdim ediblər.

Simsar.az

2 Aprel, 2011  19:56 Baxılıb: 1369

Bu bölmədə