Simsar.az | bizi özünüzə Simsar bilin
Bakının ortasında avtobus yandı

Sürücü özünü və sərnişinləri xilas edə bildi

Rayon Polis İdarəsindən Simsar.az -a verilən məlumata görə, bu gün saat 13:30 radələrində "Neftçilər" metro stansiyasının qarşısında 323 saylı xətlə hərəkət edən 10 TC 295 dövlət nömrə nişanlı "İveco" markalı marşrut avtobusu qəflətən alışıb. 

Alov qısa zamanda bütün avtobusu bürüyüb. Sürücü sayıqlığı itirməyərək sərnişinlərin qısa zamanda avtobusu tərk etməsinə şərait yaradıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtobus tamamilə alov içərisindədir. Hadisə yerinə yansöndürən maşın çağırılıb.

2 Aprel, 2011  19:16 Baxılıb: 1293

Bu bölmədə