Simsar.az | bizi özünüzə Simsar bilin
Unibank Premyer Liqasında “yenilik”

Oyunların başlama saatını PFL yox, klublar açıqlayır

Bu gün Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçının nə vaxt başlayacağı bilinmir. Simsar.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın rəsmi saytı öncədən 16:00-da başlanacağı açıqlanan görüşün iki saat gec start götürəcəyini yazıb. 

Halbuki matçın start fitinin çalınma saatını da, başlama vaxtının dəyişdirildiyi haqda məlumatı da Peşəkar Futbol Liqası (PFL) açıqlamalıdır. Sonradan meydan sahibi “Bakı”nın saytı da başlama vaxtında dəyişiklik edib. Lakin PFL-dən hələ də xəbər çıxmır. Halbuki hamıdan tez bu qurum ictimaiyyəti məlumatlandırmalıdır. Ən azı azarkeş marağı baxımından. Bəlkə bu da 1 aprel zarafatıdır?

Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Lent.az-a açıqlamasında “Bakı” – “Xəzər Lənkəran” matçının başlama saatının dəyişdirildiyini təsdiqləyib. İsmayılov bildirib ki, görüşün saat 16:00-da deyil, 18:00-da başlanması barədə onu aprelin 1-də məlumatlandırıblar. Səbəb kimi “İdman Azərbaycan” telekanalının qadın voleybolçulardan ibarət “Azərreyl” və “Lokomotiv” arasında Avropa “Çağırış Kuboku”nun finalını 16:00-dan etibarən canlı yayımlayacağı göstərilib.

2 Aprel, 2011  17:07 Baxılıb: 1443

Bu bölmədə