Simsar.az | bizi özünüzə Simsar bilin
Özünü öldürmək istəyirdi, polisi biçaqladı

Polis leytenantı başqasını xilas edərkən özü yaralandı

Şübhəli şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq istəyən polis əlindən yaralanıb

Martın 31-də Bakıda polis əməkdaşına bıçaqla xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 1 kiloqram 5,7 qram heroin götürülüb. Saxlanılan zaman o, özünə bıçaqla xəsarət yetirməyə cəhd edib. Cəhdin qarşısını alan polis idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Ramin Mehdiyev əlindən yaralanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 Aprel, 2011  17:10 Baxılıb: 1307

Bu bölmədə