Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri martın 31-də saat 15.40-dan 15.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, aprelin 1-də saat 03.15-dən 03.23-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 02.30-dan 02.35-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.



Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

1 Aprel, 2011  13:33 Baxılıb: 1236

Bu bölmədə