Simsar.az | bizi özünüzə Simsar bilin
Gözlənilməz hadisə

12 yaşlı qız ana oldu

Simsar.az «The Daily Telegraph» qəzetinə istinadən verdiyi məlumata görə, müəllimlər məktəbliləri şəhərkənarı gəzintiyə aparıbmış. Bu zaman onlardan biri qarnında güclü ağrılar hiss etməyə başlayıb. Müəllim uşağın sakitləşmədiyini görüb və təcili yardım çağırıb. Özünü yetirən həkimlər isə… qızcığazın yaxın dəqiqələrdə ana olacağını müəyyənləşdirib.
Məlumatda bildirilir ki, hadisə nəinki qızcığazın müəllimləri və sinif yolşadları üçün, həmçinin ailəsi və hətta özü üçün də gözlənilməz olub. Məsələ ondadır ki, uşağın xarici görünüşündən hətta həkimlər belə, onun hamilə olduğunu müəyyənləşdirə bilməyib.
Hazırda qız uşağı dünyaya gətirmiş 12 yaşlı körpənin anası da, uşaq da özünü yaxşı hiss edir.
Körpənin atası haqda məlumat verilmir. Qız onun adını açıqlamaqdan imtina edir. Məsələni polis araşdırır.

31 Mart, 2011  17:35 Baxılıb: 1524

Bu bölmədə