Simsar.az | bizi özünüzə Simsar bilin
Cəbhədə atışma oldu əsgər yaralandı

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb

APA-nın məlumatına görə, hadisə martın 28-də cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 1991-ci il təvəllüdlü Ağa Ağamir oğlu Hüseynov düşmən gülləsinə tuş gəlib. Kürək nahiyəsindən güllə yarası alan A. Hüseynov hospitala yerləşdirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, yaralı əsgərin vəziyyəti stabildir.

Qeyd edək ki, A. Hüseynov Masallı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

31 Mart, 2011  15:52 Baxılıb: 1308

Bu bölmədə