Simsar.az | bizi özünüzə Simsar bilin
Qubadakı məzarlıq hələ araşdırılır

"Həm dünya, həm də yerli ictimaiyyətə geniş məlumat veriləcək”

“2007-ci ildə Quba məzarlığı aşkarlanarkən Respublika Baş Prokurorluğu Milli Təhlükəsizlik Nazirliyi, Milli Elmlər Akademiyası, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət edib və məsələnin araşdırılmasına başlanıb”. 


Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. O bildirib ki, dərhal məsələ ilə bağlı Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib. Həmin müşavirənin qərarı əsasında 2010-cu ilin mayın 26-da cinayət işi başlanılıb və geniş əməliyyat qrupu yaradılıb. 


Bu əməliyyat qrupuna Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi başçılıq edir və buraya Quba, Şabran, Xaçmaz rayonlarından, həmçinin Bakıdan olan müstəntiqlər daxildir: “Çox geniş istintaq əməliyyat planı tərtib olunub. Biz həmin plana uyğun olaraq, Qubadakı məzarlığın hansı şəraitdə yarandığını, soyqrımın necə törədilməsini arxiv sənədləri ilə birgə araşdıracağıq və bundan sonra həm dünya, həm də yerli ictimaiyyətə geniş məlumat veriləcək”.

30 Mart, 2011  17:34 Baxılıb: 1283

Bu bölmədə