Simsar.az | bizi özünüzə Simsar bilin
Sabirabad icra başçısı kəndlilərin tələbini dinlədi

Bəzi ailələrə isə ümumiyyətlə, kompensasiyalar ödənilməməsindən şikayətlənirlər

Martın 30-da Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı kənd sakinləri Əsgərbəyli kəndində yığışıblar. Onlar ötən ilki daşqınlardan sonra sakinlərə veriləcək kompensasiyaların düzgün hesablanmamasından, bəzi ailələrə isə ümumiyyətlə, kompensasiyalar ödənilməməsindən şikayətlənirlər.

Bu səbəbdən aksiya keçirmək istəyirdilər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov kəndə gəlib aksiya keçirmək istəyən sakinlərlə görüşüb. O, problemlərin tez bir zamanda həll olunacağına söz verib. Kənd sakinləri də onun verdiyi vədlərin doğrulacağına ümid etdiklərini bildiriblər. Onlar deyirlər ki, vədlər yerinə yetirilməsə, yenidən etiraz aksiyalarına başlayacaqlar.

Sakinlərin əsas şikayətlərindən biri də icra nümayəndəsindəndir. Həmin şəxs vəzifəsindən azad olunub. Sakinlər bildirirdilər ki, o, kompensasiyaların ödənilməsində qanunsuzluqlara yol verib.

30 Mart, 2011  17:13 Baxılıb: 1417

Bu bölmədə