Simsar.az | bizi özünüzə Simsar bilin
Korrupsiyayla mübarizə dalğası Maliyyə nazirliyində

Nazirlik Gəncə şəhər Maliyyə İdarəsində islahatlara başladı

Azərbaycanın Maliyyə Nazirliyində kadr islahatları aparılıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, maliyyə nazirinin əmri ilə Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Əvəz Babayev tutduğu vəzifədən azad edilib.

Digər əmrə əsasən, Yevlax rayon Maliyyə İdarəsinin rəisi Natiq Cabbarov Gəncə şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

30 Mart, 2011  17:02 Baxılıb: 1333

Bu bölmədə