Ramil Usubov 5 polisə mənzil açarları verdi
Polis Şöbəsinin yeni binası DİN mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3162 kvadratmetrdir. Müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 61 xidməti otaq, 132 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
29 Mart, 2011 23:21 ⁄ Baxılıb: 1476
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |