Sınaq imtahanına yazılış başa çatdı
TQDK ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün aprelin 10-da da sınaq imtahanını keçirəcək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 3-də keçirəcəyi sınaq imtahanlarına sənəd qəbulu başa çatıb. Komissiyadan Lent.az-a verilən məlumata görə, imtahanlara yazılışla bağlı aparılmış təhlillər göstərir ki, aprelin 3-də keçiriləcək imtahana 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Lakin imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu səbəbdən də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış həmin abituriyentlər imtahan binasına buraxılmayacaq.
29 Mart, 2011 20:38 ⁄ Baxılıb: 1579
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |