Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan güllə atıcısı Dünya Kubokunda 20-ci yeri tutub

Dünya kubokunun mərhələ yarışlarına yekun vurulub

Avstraliyanın Sidney şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günü hədəf önünə keçən Ruslan Lunyovun 25 metr məsafəyə atəş açmaqda da cəhdi uğursuz olub. 

O, London-2012-yə lisenziya xarakterli yarışda 571 xalla 20-ci yeri tutub.

Xatırladaq ki, daha öncə mübarizəyə qoşulan İradə Aşumova 44-cü (10 m) və 11-ci (25 m) yerdə qərarlaşmışdılar. Lunyov 10 metr məsafəyə atəşaçmada isə 50-ci olmuşdu.

29 Mart, 2011  17:32 Baxılıb: 1482

Bu bölmədə