Simsar.az | bizi özünüzə Simsar bilin
Alim Qasımov və Fərqanə Parisdə

Muğam ifaçıları Fransadan İspaniyaya gedəcəklər

Alim Qasımov və Fərqanə Qasımova martın 29-dan aprelin 3-nə qədər Fransada səfərdə olacaqlar. 

Simsar.az-ın məlumatına görə, xanəndələr orada konsert proqramı ilə çıxış edəcəklər. Konserti Fransada fəaliyyət göstərən, milliyyətcə ərəb olan sahibinin adını daşıyan və əsasən xeyriyyə işləri ilə məşğul olan “Ağaxan” fondu təşkil edir. Yeri gəlmişkən, həmin fond yaxın zamanlarda Bakıda da möhtəşəm konsert təşkil etməyə hazırlaşır. 

İki gün Parisdə solo-konsertlə çıxış edəcək Alim Qasımov və Fərqanə Qasımova oradan qayıdandan sonra İspaniyaya üç günlük səfərə gedəcəklər. Həmin səfər də konsert proqramı ilə bağlıdır.

29 Mart, 2011  16:37 Baxılıb: 1547

Bu bölmədə