Simsar.az | bizi özünüzə Simsar bilin
Hava küləkli, isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

29 Mart, 2011  13:21 Baxılıb: 1324

Bu bölmədə