Simsar.az | bizi özünüzə Simsar bilin
İtaliyanın əfsanəvi futbolçusu korrupsiyada ittiham olunur

Paolo Maldini məhkəməyə çıxarılacaq

Əfsanəvi futbolçu, İtaliya yığmasının və Milan klubunun uzun illər kapitanı olmuş Paolo Maldini korrupsiya və qanunsuz qapalı informasiya sisteminə daxil olmaq ittihamları ilə məhkəməyə çıxarılacaq. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Milan Şəhər Məhkəməsinin hakimi Luici Varanelli belə qərar çıxarıb. 

Prokurorluğun versiyasına görə, Paolo Maldini maliyyə nəzarətindən kənarda qalmaq üçün İtaliya Gömrük Xidməti rüşvət verib. Futbolçu eyni zamanda Toskan əyalətində satışa çıxarılacaq daşınmaz mülklərlə bağlı məxfi informasiya alıb.

Qeyd edək i, 902 oyunda meydana çıxmış Paolo Maldini “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə də təltif olunub.

29 Mart, 2011  04:57 Baxılıb: 1502

Bu bölmədə